Keçmişlə gələcəyin kəsişdiyi, xatirəmizdə tariximizin şanlı səhifələrinin canlandığı, gələcəkdə gözəl perspektivlərin açıldığı və bütün sadalananların gözümüzü çəkə bilməyəcəyimiz bir təsvir yaratdığı yer var. Bu yer Premium klass konsert-banket kompleksi “Buta Palas” adlanır. “Buta Palas” intensiv olaraq gözəlləşən paytaxtımızın müasir standartlara cavab verən qədim irs adasıdır. Kompleks sanki paytaxt “üzüyü”nün qaşıdır. Bura hiss və düşüncələrin kəsişdiyi, incə zövq və nəfis duyğuların kəsişdiyi bir məkandır. Bura insanların sanki gözəgörünməz bir bağla bağlandıqları, təkrar-təkrar qayıtdıqları sehrli bir aləmdir.