Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə “Buta” sarayında rəsmi ziyafət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu.