17 dekabr 2010-cu il tarixdə, möhtəşəm Buta Palace mərkəzində Royal Collection salonu və dünyanın aparıcı zərgərlik brendlərindən biri olan Carrera y Carrera evinin təşkil etdiyi və İsapniyanın ruhunu təcəssüm edən möhtəşəm gecə keçirilmişdir.
Tədbir Carrera y Carrera evinin Palacios del Sur ( Cənub Sarayları) и Bestiario adlı yeni kolleksiyalarına həsr edilmişdi. Kolleksiyalar Basel 2010 sərgisində nümayiş etdirilmişdirlər. Tədbirin əhəmiyyəti brendin baş direktoru xanım Natali Geycin və MDB ölkələri üzrə regional meneceri Tomas Perininin Azərbaycana gəlişi ilə qeyd edilmişdir. Carrera y Carrera gecəsi Bakının yüksək cəmiyyətinin görüş yerinə çevrildi.
Bu cəmiyyətin füsunkar nümayəndələri öz gözəlliklərilə yüksək zərgərlik sənətinin əsərlərini kölgədə qoydu. Canlı ispan musiqisi, Alqambra saraylarını xatırladan dekor, qara və qırmızı rənglərin qızıl və brilyantlarla ahəngi – bütün bunlar qonaqları bir neçə saatlığa İspaniyaya apardı.
Gecənin kulminasiyası təşkilatçıların qonaqlara etdiyi hədiyyə oldu - Flamenco Şou - ispan ehtirası və hissiyatlılığının rəmzi. Bu şou gecənin layiqli sonluğuna çevrildi.