"Buta Palace" - mümkünsüzlüyün hüdudunda mümkünlük...Created by fizuli movlamov

"Buta Palace" - mümkünsüzlüyün hüdudunda mümkünlük...
Buta3 Buta1 Buta2 Buta4
SHANTEL "Disko Partizani"

İlk dəfə Bakıya dünya şöhrətli dicey və prodüser səfər etdi. Konsert yayın ilk ayı “Buta Palace” səhnəsində baş tutdu.

“Shantel presents - "Disko Partizani"” adı altında keçirilən konsert saat 21.00-da başlandı. Gecədə ifaçı tanınmış “Disco partizani”, “Disco boy” mahnıları ilə yanaşı digər hit mahnıları ifa edildi. Qeyd edək ki, əslən alman olan ifaçının adı Stefan Hanteldir. Onun musiqilərində əsas yeri balkan ritmləri tutur. Şanteli bütün dünyada tanıdan onun “Disko Partizani” adlı albomu olub. O, bütün konsertlərində rəhbərlik etdiyi «Bucovina Club Orkester» qrupu ilə birgə çıxır. İfaçının Bakı səfərində də onu məhz «Bucovina Club Orkester» müşayiət etdi.