"Buta Palace" - mümkünsüzlüyün hüdudunda mümkünlük...Created by fizuli movlamov

"Buta Palace" - mümkünsüzlüyün hüdudunda mümkünlük...
Services
CHRIS WILLIS voice of David Guetta

Fransız DJ David Guettanın əfsanəvi səsi Chriss Willis Bakıda qonaq oldu!

Onun səsi elə duygulu və şəhvətli idi ki, dərhal bir çox musiqi həvəskarlarının qəlbini qazandı. Lakin bu sadəcə inanılmaz vokalçı yox, həm də bir çox mahnıların müəllifidir!

Həmin gecənin qonaqlar DJ Tale & Dj Mansur idi.

NIGHTMARE on WAX

Soul və funky house üslubunda müsiqinin və gecə həyatının bütün sevənlərinə. 19 fevral 2010 il tarixində " Nightmare on Wax" – unudulmaz və sehirli şou keçirildi.

Buta sarayında 19 fevral, xatirə və sehirli show hosted! Axşamın əsas ulduzu, klub səhnəsinin əfsanəsi, məşhur "Pacha" (Ibiza) klubunun rezidenti ingilis DJ "ATFC"əsl musiqinin nə olduğunu nümayiş etdirdi.

Həmçinin gecədə məşhur klub müğənnisi və DJ "Rae" (United Kingdom) kimi çıxış etdi.

Foto sessiya və informasiya dəstəyi "Boutique Baku" jurnalı oldu.

AKON

Ən məşhur R'n'B ulduzlarından biri - Akon Bakıda konsert verdi! Konsert Buta Palasda Mayın 20 keçirildi!

Ritm & blues dünyasının bir çox müasir reper və ulduzları kimi ağır həyatı olan bu insan demək olar ki, bütün dünyanı fəth edib.

DJ SMASH

Məşhur rus DJ Smash 30 yanvar 2010 ildə Buta Palasda çıxış etdi. Təşkilatçılar Tonica Production.

2008 ildə çıxan «Moscow never sleeps» Rusiyada populyar etdi, həmçinin onun hüdudlarından kənarda. Wave", "Best Song" kimi sonradan çıxan hitləri bir çox ölkələrin hit-paradlarında liderliyini saxlayırdı.

PITBULL

Azərbaycanda ilk dəfə olaraq beynəlxalq səviyyəli ulduz, dünya çartlarını və hit-paradlarını fəth edən Pitbul Buta Palasın səhnəsində konsert proqramı ilə çıxış etdi.

50 CENT

Dünya səviyyəli ulduz, müasir hip-hopun kralı Curtis James Jackson III və ya 50 Cent Buta Palasda konsert proqramı ilə çıxış etmişdir! 50 Cent ilə birlikdə dünya turuna «Before I Self Destruct» yeni albomuna dəstək olaraq Tony Yayo, DJ Who Kidd, Lloyd Banks simasında bütün G-Unit komandası çıxmışdır.

Layihənin təşkilatçıları "Korsika Lounge», Promoter «Sky Group Entertainment», mid agent şirkət «Mamedia».

Cümə 13

Cümə, 13 noyabr Buta Palasda dəhşətli və möhtəşəm gecədə hər kəsi nəfəskəsici anlar gözləyirdi.Hər kəsi sürprizlərlə dolu bir gecə gözləyirdi.

Gecənin qonağı məşhur Soho rooms klubunun rezidenti DJ Rudik idi. İlk dəfə olaraq gecədə hava gimnastları çıxış edirdi. Onların möhtəşəm nömrələri heç kəsi laqeyd saxlamadı. R

əqs meydanını isə Moskvanın ən yaxşı Go-Go rəqqasları ələ almışdı.

SHANTEL "Disko Partizani"

İlk dəfə Bakıya dünya şöhrətli dicey və prodüser səfər etdi. Konsert yayın ilk ayı “Buta Palace” səhnəsində baş tutdu.

“Shantel presents - "Disko Partizani"” adı altında keçirilən konsert saat 21.00-da başlandı. Gecədə ifaçı tanınmış “Disco partizani”, “Disco boy” mahnıları ilə yanaşı digər hit mahnıları ifa edildi. Qeyd edək ki, əslən alman olan ifaçının adı Stefan Hanteldir. Onun musiqilərində əsas yeri balkan ritmləri tutur. Şanteli bütün dünyada tanıdan onun “Disko Partizani” adlı albomu olub. O, bütün konsertlərində rəhbərlik etdiyi «Bucovina Club Orkester» qrupu ilə birgə çıxır. İfaçının Bakı səfərində də onu məhz «Bucovina Club Orkester» müşayiət etdi.

Rhythms of LOVE with FTV

İnanılmaz həqiqət! BAKIDA BİRİNCİ DƏFƏ!!! Sevgililər gününə həsr olunmuş fiyerik axşam - OFISIAL FTV kanalı ilə birlikdə....

Həmin axşam - FTV.RU kanalında göstərildi! Bütün dünyaya yayımlanan kanalda görünməy fürsəti əldən gaçırmayan hər kəs orda idi!

Həmin axşam sevgi ritmlərinin ifaçıları - MC ANİA və DİM CHRİS!!!!

Gecənin xüsusi gonağı - PATRİCK HELLMANN!!!

Yeni Il 2010

TONICA PRODUCTION və BUTA PALACE

Hər kəsi yüksək əhval, bənzərsiz mühit və möhtəşəm musiqi ilə Yeni İli qarşılamağa dəvət etdi.

Bu gecə, yalnız sizin üçün - London Beat qrupu qonaq olmuşdu.

Onlarla birlikdə gecənin qonaqları Princess Cut - Almaniyadan təşrif buyurmuşdu.  

DJ Mansurun ritmi altında isə səhərə qədər diskoteka.

Yenu il Gecəsi 2011

 Gecənin qonaqları:

- Tomas Neverqrin

- All That

- Mixdance DJ

- Və digər qonaqlar

“Reklam gecəsi”

“Reklam gecəsi” – məşhur Jan Mari Bursikonun dünya plkələrinin reklam çarxlarından ibarət altı saatlıq şou proqram.

Cənab Jan Mari Bursiko 25 ildir ki, “Reklam gecəsi”ni şəxsən təşkil edir. Hər il Paris premyerası 50 ölkəsində təkrarlanır. Hər il Paris premyerası 50 ölkəsində təkrarlanır. Fransanın milli xəzinəsi kimi tanınan Bursikonun bu kolleksiyası , bir milyondan artıq reklam çarxından ibarətdir.

Yeni proqram Rusiya və MDB ölkələrinin 30-dan çox şəhərlərində nümayiş etdirilir. Son 12 ildə “Reklam gecəsi” nin 700 000 çox tamaşıçısı olub.

Royal Collection & Carrera y Carrera

17 dekabr 2010-cu il tarixdə, möhtəşəm Buta Palace mərkəzində Royal Collection salonu və dünyanın aparıcı zərgərlik brendlərindən biri olan Carrera y Carrera evinin təşkil etdiyi və İsapniyanın ruhunu təcəssüm edən möhtəşəm gecə keçirilmişdir.

Tədbir Carrera y Carrera evinin Palacios del Sur ( Cənub Sarayları) и Bestiario adlı yeni kolleksiyalarına həsr edilmişdi. Kolleksiyalar Basel 2010 sərgisində nümayiş etdirilmişdirlər. Tədbirin əhəmiyyəti brendin baş direktoru xanım Natali Geycin və MDB ölkələri üzrə regional meneceri Tomas Perininin Azərbaycana gəlişi ilə qeyd edilmişdir. Carrera y Carrera gecəsi Bakının yüksək cəmiyyətinin görüş yerinə çevrildi.

Bu cəmiyyətin füsunkar nümayəndələri öz gözəlliklərilə yüksək zərgərlik sənətinin əsərlərini kölgədə qoydu. Canlı ispan musiqisi, Alqambra saraylarını xatırladan dekor, qara və qırmızı rənglərin qızıl və brilyantlarla ahəngi – bütün bunlar qonaqları bir neçə saatlığa İspaniyaya apardı.

Gecənin kulminasiyası təşkilatçıların qonaqlara etdiyi hədiyyə oldu - Flamenco Şou - ispan ehtirası və hissiyatlılığının rəmzi. Bu şou gecənin layiqli sonluğuna çevrildi.

Chopard

 «Chopard» Yüksək Zərgərlik Kolleksiyasının təqdimatı. Bütün dünyada məşhur olan «Chopard» 62-ci Kann kino festivalına həsr olunmuş «Red Carpet» kolleksiyasını nümayiş etdirdi.

Kolleksiyanın təqdimatı Avropa və Azərbaycan modellərinin iştirak etdiyi dəb defilesi, həmçinin Rusiyanın «TODES» rəqs qrupunun çıxışı ilə müşayiət olundu.

DAN BALAN & ANDA ADAM

4 Fevral tarixində Buta Palasda O-Zone qrupunun təsisçisi, üzvü və mahnılarının müəllifi məşhur Dan Balan və Rumıniya ifaçısı Anda Adamsın birlikdı möhtəşəm konserti keçirildi.

DAVID VENDETTA & MICAH

Onun ilk albomu çıxan kimi o dunya çartlarını fəth etdi. David Vendetta, klub mədəniyyətinə yeni bir dalğa gətirib, onun mahnıları planetin bir çox rəqs meydanlarında səslənib.

Artıq ikinci dəfə onunla birlikdə bu gecədə skripka ustası , klub piçikatosunun kralı Mika çıxış etmişdir.

ANADOLU ATƏŞİ

Əfsanəvi və dünyada ən uğurlu rəqs qruplarından biri - "Anadolu Atəşi" unudulmaz şou ilə Bakıya səfər edib.

Ginessin Rekordlar kitabına (dəqiqədə 241 addım və 500, 000 nəfərdən ibarət ən böyük auditoriya, qarşısında çıxış) iki record ilə daxil olan qrup. "Anadolu Atəşi" New York və London, Moskva və Berlin, Tokio və Pekin, Amsterdam və Madrid auditoriyası qarşısında çıxış etmişdir.

Artıq, "Buta Palace" səhnəsində də onlar möhtəşəm şou göstərdilər.

POTAP-NASTYA KAMENSKİX

Ən məşhur duetlərdən biri, nəhayət, Bakı tamaşıçısının qarşısında!

Parlaq Ukrayna dueti Potap Nastya Kamensky, buta Palasda Bakı məftunedici izdihamla iştirak etdi.

ALLA PUQAÇOVANIN KONSERTİ

SSRİ Xalq Artisti Alla Pugacheva Buta Palasın səhnəsində konsert proqramı ilə çıxış etdi.

Rusiya estradasının primadonnası bir daha öz pərəstişkarlarının qəlbini fəth etdi.

The First -2011

17 noyabr tarixində Buta Palasda “The first -2011”mükafatlandırma mərasimi keçirilib. "Xayal Production" tərəfindən təşkil olunan konsert proqramı Azərbaycan və Türkiyənin tanınmış şəxslərinin iştirakı ilə keçib.Tədbirdə Türkiyənin Azərbaycanda xoşməramlı səfiri Hulusi Kılıç, millət vəkili Qənirə Paşayeva, Türkiyənin tanınmış showman Beyazıt Öztürk, müğənni Soner Sarikabadayi, Türk xalq musiqisi ifaçısı Nursac Doganisik, məşhur aktyor Erkan Petekkaya, məşhur aktrisa Serena SARIKAYA, Azərbaycan müğənnisi Röya və kikboksinq üzrə 14 dəfə dünya çempionu Eduard Məmmədov mükafata layiq görülüblər. Qaliblər arasında İctimai Televiziya və Radio Yayımları Şirkəti, Türkiyənin Show TV və Kanal D kanalları var idi.

Pacha Halloween 2010

Halloween - oktyabr ayının n son günü qeyd olunur.

Pacha Ibiza klubunun Rezidentləri - John Jacobsen və DJ DAB canlı ifası bu gündə əsl bayram əhvalına qatılmağa imkan verdi.

HEYDƏR ƏLİYEV FONDU: UŞAQLAR ÜÇÜN YENİ İL ŞƏNLİYİ 2009/2010/2011

Heydər Əliyev Fondu uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirmişdir.

Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmişdir.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu

Oktyabrın 11-də XX əsrin görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunun təntənəli bağlanış mərasimi keçirilmişdir.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 87-Cİ İLDÖNÜMÜ VƏ H.ƏLİYEV FONDUNUN FƏALİYYƏTƏ BAŞLAMASININ 6 İLLİYİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MƏRASİM

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək demişdir ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlmişdir.

EUROVISION 2011

Düseldorfdan final yarışmasına hər kəs 14 may tarixində “Buta Palasda” quraşdırılan paytaxtın ən böyük monitorundan izləyə bilərdilər.

Azərbaycan dueti Eldar Qasımov və Nigar Camalın (Ell&Nikki) "Running Scared" pop-balladası “Eurovision 2011” mahnı mesabiqəsində ölkəmizi qalıb etdi.

MTV White Party

"MTV White Party" - dünyanın aparıcı "Sensation" musiqili layihənin rəsmi hissəsidir. 2010-cu ildə "MTV White Party" Rusiya 22 şəhərlərində keçirilib.

21 May "MTV White Party" Bakıda Buta Palasda keçirilib. Rusiya "Sensation" layihəsinin rezidentləri Dj Romeo, Dj Riga & MC Jean və Opera Lounge-in rezidentləri Dj Shock və Dj Amaori bu gecənin qonaqları idi.

FREEDOM MUSIC

Freedom music - azad musiqi , yaradıcı ideya və innovasiya texnologiyalarının dünyası.

Bu axşamın ritmini - əfsanəvi İsveçrəli DJ Yves La Rock! Ən yaxşı fransız DJ-lərindən biri -DJ Arno Cost verirdi! Həmçinin, gecənin qonağı şəhərin məşhur diceylərindən biri - DJ Elvin Bikoo!

100 illik yubileyə həsr olunmuş təntənəli tədbir

6 iyunda «Buta Palace»da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov iştirak etmişdir.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 88-Cİ İLDÖNÜMÜ VƏ H.ƏLİYEV FONDUNUN FƏALİYYƏTƏ BAŞLAMASININ 7 İLLİYİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MƏRASİM

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdirdilər. Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı

BAKI BEYNƏLXALQ HUMANITAR FORUMU. XXI əsr: ümidlər və çağırışlar

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə “Buta” sarayında rəsmi ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu.

AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT MÜSTƏQILLIYININ BƏRPASININ 20-CI ILDÖNÜMÜ

“Buta” sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Azərbaycanın dövlət himni səsləndi. Dövlət başçısı rəsmi qəbulda nitq söylədi.

Sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan film nümayiş etdirildi.
Daha sonra Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.

Azeri Business Award-2011

14 dekabr tarixində Buta Palasda biznes sahəsində 2011-ci ilin nəticələrinə görə Azeri Business Award Milli mükafatının təltifi keçirilmişdir.

Business Time jurnalının fikrinə görə Azeri Business Award Milli Mükafatı artıq üçüncü ildir ki, iqtisadi sektorda ən nüfuzlu mükafatlardan biri hesab olunur. Azeri Business Award-2011-biznes liderləri, menecerlər və müxtəlif sahələrin mütəxəssisləri daxil olan 300 nəfərdən artıq qonaqları özünə cəlb etmişdir. Mükafatlandırmada 37 namizəd iştirak etmişdir.

Future Music Gallery
Musiqi istiqamətləri FMG- musiqi istiqamətlərinin festivalı, 17 dekabr Buta Palasda keçirilmişdir. Qonaqlar: ALLURE, Koen Groeneveld, Marco LYS, Tito, Viper! Allure - Tijs Werwest, Tiesto kimi tanınan əfsanəvi Holland DJ-nin altereqosu hesab olunur. Tiestonun bir çox fanatları üçün, Allure layihəsi trans-saund istiqamətinə böyük maraq yaradır. Koen Groeneveld – müasir electron musiqisində “yeni” adlardan biri. Onun unikal dinamik musiqisi özündə texnoç tech-house və minimal elementləri birləşdirir. Marco Lys – öz əvəzolunmaz zövqü ilə seçilən əfsanəvi italiyalı DJ-i. Şimali İtaliya və Avstriyanın ən prestijli klublarının rezidenti.
Ilin ən yaxşı idmançıları - 2011
23 dekabr tarixində ənənəvi idman tədbiri keçirilmişdir. Tədbirdə Gənclər və İdman naziriliyi ilin idman qəhrəmanlarının adlarını elan etmişdir. İlk olaraq nazir cənab Azad Rəhimov çıxış edərək azərbaycan idmanının il ərzindəki nailiyyətlərini qeyd etdi. Onun sözlərinə görə 2011-ci ildə Azərbaycan 42 beynəlxalq müsabiqələrdə iştirak edib. Bizim idmançılarımız 275 beynəlxalq turnirlərdə 705 medal qazanıb. Onlardan 276 medal olimpiya, 429 isə qeyri-olimpiya idman növlərində qazanılıb.
ÜNS yaradıcılıq səhnəsinin yubileyi - 5 il

Aprelin 22si 2011 –ci ildə Azərbaycanın teatr cəmiyyəti ÜNS yaradıcılıq səhnəsinin 5 illik yubileyini qeyd etmişdir. “Buta Palas”da keçirilən yubiley mərasimində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, dövlətin rəsmi simaları, ictimai xadimlər və Milli Məclisin deputatları iştirak etmişdir. Gecəni Ginnesin Rekordlar kitabına “ən uzunömürlü” caz kollektivi kimi daxil olan, Oleq Lundstremin caz-kollektivi açdı. Onların müşayəti altında Tofiq Quliyevin “Zibeydə” və “Bakının Qızları” kimi ölməz əsərlər səsləndirildi. Sonra səhnəyə “Qelikon opera” teatrinin rəhbəri Dmitriy Bertman səhnəyə qalxaraq, Bakıda teatarın əsasını qoyan Nərgiz xanım Paşayevanın fəaliyyətini, Rusiyanın mədəniyyəti və tarixində silinməz iz qoyan Zinaida Volkonskaya və Şaxovskaya-Qlebova kimi simaların fəaliyyəti ilə müqayisə etdi.

Yeni Il - 2012
Sehirli Yeni İl gecəsi Buta Palasada. Opera Lounge və 150 Bar & Griltərəfindən təşkil olunan 2012 ilin qarşılanmasını unudulmaz etdi. Bu gecə rusiya şou-biznesinin ən zövqlü cütlüyü – Leonid Aqutin və Anjelika Varum çıxış etdi, həmçinin The Gipsies müşayiəti altında Riko Sançez və Gipsy Kings ifasında qaraçı musiqiləri səsləndi. DJ Shock-dan isə keçən ilin hit musiqiləri altında səhərə qədər diskoteka davam etdi.
Yeni İl Şənliyi
3, 4, 5 yanvar tarixlərində “Buta Palas” uşaqlara həsr olunmuş möhtəşəm Yeni İl Şənliyi təşkil olundu. Tədbirdə 3000 uşaq iştirak etmişdir. Əsas zalda hər kəsi rəngarəng şou gözləyirdi – Şaxta Baba, Qar qızı, müsabiqələr, hədiyyələr və Yaşıl Yolka. Rusiyanın məşhur yeni il şənliklərinin rejissorlarindan tamaşası qurulan səhnəcik heç bir uşağı laqeyd buraxmadı. Yeni İl Şənliyi KFC, “Bolşoy Prazdnik”, Stillini, Park Bulvar, Head Dance, Johnson’s Baby, Hienz, Nobel Farm, Day.az və ITV-nin dəstəyi ilə keçirildi.
Example Frame